Havalar isindikcə koronavirusun aktivliyi azalacaq - Alimlərdən proqnoz

11:02 21.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Temperatur artdıqca COVID-19 aktivliyini azaldır.

Hafta.az “MedicForum” saytına istinadla xəbər verir ki, amerikalı tədqiqatçılar yoluxma dərəcəsinin hava temperaturundan asılılığını araşdırıb və istilik artdıqca koronavirusun aktivliyinin azaldığını müəyyən ediblər.

“SARS-CoV-2” adi mövsümi xəstəliklərin alqoritm aktivliyinə tamamilə uyğun gəlir. Alimlər artıq nikbin proqnoz verirlər: yazda koronavirusun aktivliyi azalacaq, hətta, ola bilsin ki, tamamilə yox olsun.

Tədqiqatçılar Şimal yarımkürənin əlli ölkəsində xəstələnmə səviyyəsini müşahidə etdikdən sonra belə nəticəyə gəliblər.

Bu, rəqəmlərdə belə görünür: ətrafdakı temperaturun 1 dərəcə artdığı təqdirdə virusun aktivliyi eyni dərəcədə azalır. Amma temperaturun bir dərəcə aşağı düşməsi isə, yoluxma sürətini təxminən 4 faiz artırır.